Hindistanda “Tesla”nın satışı dayandırıldı

Hindistanda “Tesla”nın satışı dayandırıldı
  16 May 2022    Oxunub:579
Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın “Tesla” şirkəti Hindistanda elektrikli avtomobillərinin satışı planını dayandırıb.
“The Times of India” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, bu qərara səbəb Hindistan hökumətinin ölkəyə elektromobil idxalına vergi güzəştləri tətbiq etməkdən imtina etməsi olub. Bu, “Tesla”nın Hindistan departamentləri ilə təxminən bir il davam edən danışıqlarının dayandırılmasına səbəb oldu.

Hindistan tərəfinin fikrincə, vergi güzəştləri almazdan əvvəl “Tesla” ilk olaraq Hindistanın özündə istehsalı yerləşdirməli və ya daha aşağı vergi dərəcələri ilə qismən yığılmış avtomobilləri idxal etməli və nəhayət, onları ölkədə yığmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti