Ruslar "Azovstal"ın bunkerlərinə girmək istədilər - VİDEO

   Ruslar "Azovstal"ın bunkerlərinə girmək istədilər -    VİDEO
  16 May 2022    Oxunub:604
Rusiya hərbçiləri Ukraynanın Mariupol şəhərindəki "Azovstal" zavoduna daxil olmağa cəhd edib. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, ruslar zavodun zirzəmisində mövqelənmiş ukraynalı döyüşçüləri tapmaq üçün bunkerlərə girməyə və yaxud da çıxışları bağlamağa çalışıblar.

"Mariupol merinin müşaviri Petr Andryuşşenko bununla bağlı videogörüntü də yayıb. Andryuşşenkonun sözlərinə görə, işğalçılar bütün quru əməliyyatlarını zavodun perimetri üzrə aparırlar. O, rusların Ukrayna hərbçilərinin guya onların qarşısına ağ bayraqla çıxması ilə bağlı növbəti saxta bəyanatlarını da təkzib edib", - məqalədə yazılıb.


Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna   Rusiya   Bunker  







Xəbər lenti