Paşinyan Moskvaya gedib

Paşinyan Moskvaya gedib
  16 May 2022    Oxunub:779
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya gedib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hökumət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin toplantısına qatılacaq.

"Baş nazir Nikol Paşinyan Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş də keçirəcək", - məlumatda deyilir.

Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir.

AzVision.az



Teqlər: Paşinyan   Moskva  





Xəbər lenti