Axtarışda olan Afət Fərmanqızı Azərbaycanı tərk etdi

 Axtarışda olan Afət Fərmanqızı Azərbaycanı tərk etdi
  16 May 2022    Oxunub:2376
Müğənni Afət Fərmanqızı Azərbaycanı tərk edib.
AzVision.az xəbər verir ki, o bu haqda sosial şəbəkə hesabında bildirib. Sənətçi hava limanından görüntülərini paylaşaraq Rusiyaya həyat yoldaşının yanına getdiyini deyib:

“Həyat yoldaşımın yanına uçuram. Bəbişimlə uçuram, həkimim bizi gözləyir".

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb. Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı yekun olmayan məhkəmə aktı çıxarılıb.

Akta əsasən, ittiham olunan müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.



AzVision.az


Teqlər:





Xəbər lenti