Avstriya NATO-ya üzv olmayacaq

   Avstriya NATO-ya üzv olmayacaq
  16 May 2022    Oxunub:794
“Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynadakı hərbi əməliyyatlara görə yaxın günlərdə Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ biləcək. Nazir əlavə edib ki, yeni sanksiyalar paketinin bir hissəsi Rusiya Federasiyasının hərbi sənaye kompleksinə qarşı tədbirlər olmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Avstrya   NATO  





Xəbər lenti