Britaniya kəşfiyyatı: "Lukaşenko 2 stulda oturmağa çalışır"

      Britaniya kəşfiyyatı:    "Lukaşenko 2 stulda oturmağa çalışır"
  16 May 2022    Oxunub:435
Belarusun Ukrayna sərhədi yaxınlığında xüsusi təyinatlılar yerləşdirməsi Donbasda ukraynalı hərbçilərin hərəkətinin qarşısını ala bilər. AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
Həmçinin o da qeyd edilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko iki stulda oturmağa çalışır.

O da vurğulanır ki, ilkin fərziyyələrə baxmayaraq, bu günə qədər Belarus qüvvələri münaqişədə birbaşa iştirak etməyib. Lakin Belarus ərazisi Rusiyanın Kiyev və Çerniqova qarşı hücumu üçün tramplin kimi istifadə olunurdu. Rusiya həmçinin Belarus ərazisindən hava əməliyyatları və raket zərbələri endirib.

Görünür Belarus prezidenti Rusiyanın işğalına dəstək və Qərbin sanksiyaları, Ukraynanın cavab tədbirləri, öz ordusununun mümkün narazılığı riski arasında qalıb.

Ukrayna mediası isə Belarusun bu ayın əvvəlində keçirilən təlimlərdən sonra Ukrayna ilə sərhəddə xüsusi əməliyyat qüvvələrinin, eləcə də ölkənin qərbindəki təlim poliqonlarına hava hücumundan müdafiə, artilleriya və raket bölmələrinin yerləşdirməsini xatırladıb. Qeyd edilir ki, sərhəd yaxınlığında Belarus qüvvələrinin yerləşdirilməsi Ukrayna qoşunlarına təsir edə bilər.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna   Belarus  







Xəbər lenti