Gülən tərəfdarları nurçudurmu? - MARAQLI
Nurçular
Dünyəvi Türkiyə Cümhurriyyətinin ilk illərində o, kürd etirazlarında iştirak ittihamı ilə həbs edilərək qərbi Anadolunun İsparta şəhərinə sürgün edilmişdi. Ömrünün son illərində Səid Nursi ölkənin şərqinə qayıtdı və 1960-cı ildə Urfa şəhərində vəfat etdi.
Sürgündə və həbsdə keçirdiyi uzun illər ərzində o, 5 min səhifədən ibarət Risale-i Nur əsərini yaradıb. Sünni sufi ənənələrinə söykənməklə dünyanın müasir görüşünü sərgiləyən bu Quran təfsirilə Səid Nursi yalnız Türkiyə yox, həm də Yaxın Şərqdə ən nüfuzlu ilahiyyatçılardan biri kimi tanınıb.
Səid Nursinin vəfatından sonra onun davamçıları "dersane" adlanan oxu dərnəkləri yaratmağı və təfsirlərin öyrənilməsi və tanıdılmasını davam etdiriblər.
1950-ci ildə çoxpartiyalı siyasi sistem yaradılana qədər əsasən gizli şəkildə fəaliyyət göstərən nurçular hərəkatı genişlənməkdə davam edib.
Hərəkat birbaşa siyasi fəaliyyətdən kənar durub. Lakin işinə yarayan siyasi partiyanı dəstəkləməklə nurçular daima Türkiyə siyasətində mühüm faktor olaraq qalıblar.
Gülən hərəkatı
Camaat kimi də tanınan Gülən icması bəzən neo-nurçu hərəkatı kimi də tanınır. Onların əvvəllər Nurçu ənənələrinə əsaslanan Klikləyin xarizmatik lideri - Fəthullah Gülən 1970-ci illərdə özü ilə nurçular arasına məsafə qoyub.
Nurçu icmasını incitməməyə çalışan Gülən, eyni zamanda, Səid Nursi ilə birbaşa əlaqələndirilməkdən çəkinib. O, özünün hər hansı dini qrup və yaxud təriqətə aid olmasını qəbul etmir.
Siyasi partiyalara kənardan dəstək verən Nurçu hərəkatından fərqli olaraq Gülən icması Türkiyənin polis və ədliyyə kimi aparıcı dövlət institutlarında işləyəcək kadrlar yetişdirib.
Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətdə olduğu illərdə yaxşı təhsil almış Gülən tərəfdarları müxtəlif dövlət və hökumət qurumlarında mühüm vəzifələrə təyin olunublar.
Fethullah Gülən siyasət və media sahələrində fəal iştirakına görə ənənəvi Nurçu liderlər tərəfindən tənqid edilib.
Gülən hərəkatı öz təhsil müəssisələri, biznes və sivil cəmiyyət qurumları vasitəsilə beynəlxalq aləmdə də geniş təmsil olunub.
Camaat indi hazırkı hökumətlə açıq ixtilafda olsa da, hərəkat Səid Nurçu davamçıları ilə müqayisədə daha dövlətpərəst və millətçi kimi tanınır.
İxtilaf
Fəthullah Gülənin Ərdoğan hökuməti ilə qarşıdurması iki təriqət arasında uçurumu daha da dərinləşdirib. Nurçu icmasının liderləri ya hökuməti dəstəkləyib ya da ki neytral mövqe tutublar.
Nurçu və Gülən icmaları arasında mübahisə yaradan digər bir məsələ Səid Nursi əsərlərinin tərcüməsi və sadələşdirilməsi ilə bağlıdır.
Belə ki, Nurçu icması liderlərinin etirazlarına məhəl qoymayan Gülən hərəkatı Risale-i Nur əsərinin bəzi hissələrini müasir türkçəyə çevirərək dərc edib. Bu nurçuların qəzəbli reaksiyasına səbəb olub.
Beləliklə hazırda Türkiyədə müşahidə etdiyimiz qarşıdurma yalnız hökumətlə Fəthullah Gülən hərəkatı arasında baş vermir; o həmçinin müxtəlif İslam təriqətləri arasında gedən daha geniş çəkişmənin təzahürüdür. (bbc azeri)