"McDonalds" Rusiyada yeni brend altında işləyəcək

   "McDonalds" Rusiyada yeni brend altında işləyəcək
  16 May 2022    Oxunub:1089
“McDonalds” fast food restoranları şəbəkəsi Rusiyada yeni brend altında işləməyə davam edəcək. Bu barədə RBC mənbələrə istinadən yazır.
KİV-in məlumatına görə, aktivlərin satışına baxmayaraq, işçilərin iş yerləri qorunub saxlanılır.

Amerika korporasiyasının restoranlarının işlədiyi yerdə başqa bir şəbəkə yaranacaq. Ehtimallara görə, ilk açılış iyun ayında baş tutacaq.

Bundan əvvəl "McDonalds" Rusiya bazarından çıxdığını elan edərək biznesin satışı prosesinə başlamışdı.

Martın əvvəlində şirkət Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada 850 restoranı müvəqqəti bağlayıb və bütün bazar fəaliyyətini dayandırıb. Buna baxmayaraq, şəbəkənin bütün 62 min rusiyalı işçisi maaş almağa davam edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti