Abşeronda mənzildən kişi meyiti tapıldı

Abşeronda mənzildən kişi meyiti tapıldı
  16 May 2022    Oxunub:1219
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-dən AzVision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti