Macarıstan Rusiya neftindən imtina üçün milyardlar istəyir

   Macarıstan Rusiya neftindən imtina üçün milyardlar istəyir
  16 May 2022    Oxunub:996
Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya neftindən imtina üçün Avropa İttifaqından (Aİ) milyardlarla avro təzminat istəyib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” yazıb. Diplomat Avropa İttifaqının Rusiya neftinin idxalına qoyulan qadağadan sonra itkiləri kompensasiya etmək üçün Budapeştə hələ də adekvat yol təklif etməməsindən qəzəblənib.

“Avropa Komissiyası bizim üçün problemlər yaratdı, ona görə də Macarıstan haqlı olaraq Aİ-nin həll yolu tapacağını gözləyir. Avropa ölkələrindən olan tərəfdaşlardan 15-18 milyard avro ödəməklə dövlətə dəstək təklifi edilib”. Bundan əlavə, o, boru kəməri neftinin embarqodan çıxarılmasını təklif edib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Macarıstan  





Xəbər lenti