Şri-Lankanın bir günlük benzini qalıb

   Şri-Lankanın bir günlük benzini qalıb
  16 May 2022    Oxunub:1152
Şri-Lankanın yeni baş naziri Ranil Vikramasinqh çətin iqtisadi vəziyyətdən danışaraq, ölkədə kəskin benzin qıtlığının olduğunu qeyd edib.
Onun sözlərinə görə, ölkənin bir günlük benzini qalıb: “Dünən gətirilən dizel yanacağı qıtlığı müəyyən qədər aradan qaldıracaq. Hindistan kredit xətti çərçivəsində daha iki dizel yanacağı mayın 18-də və iyunun 1-də çatdırılmalıdır. Bundan əlavə, mayın 18-də və 29-da benzinin iki tədarükü gözlənilir”.

O, Şri-Lanka ərazisinə gətirilən dərmanların pulunun dərhal ödənilməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, ştatda həyati əhəmiyyət kəsb edən 14 dərman çatışmazlığı var.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Şri-Lanka  





Xəbər lenti