Çavuşoğlu NATO-nun Baş katibi ilə danışdı

Çavuşoğlu NATO-nun Baş katibi ilə danışdı
  16 May 2022    Oxunub:965
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bu barədə AzVision.az -a Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. Danışıqların təfərrüatı açıqlanmır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə terrorçuların ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib.

AzVision.az



Teqlər: NATO  





Xəbər lenti