Rusiya ordusuna yeni müasir tanklar verildi

   Rusiya ordusuna yeni müasir tanklar verildi
  17 May 2022    Oxunub:1618
Rusiya Ukraynada hərbi texnikalarının sayını artırmaq qərarı verib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, “Uralvaqonzavod” Rusiya qoşunlarına ən son T-90M “Prorıv” tanklarından ibarət eşalon göndərib. Faktı şirkətin mətbuat xidməti təsdiqləyib.

“Uralvaqonzavod"da T-90M "Prorıv" tanklarından ibarət xüsusi eşalonun Müdafiə Nazirliyinə təntənəli yola salınma mərasimi keçirilib. Tədbirdə din xadimləri də iştirak ediblər" , - məlumatda deyilir.

T-90M tankı Ural Nəqliyyat Mühəndisliyi Dizayn Bürosu tərəfindən hazırlanıb. İstehsalçı bunun T-90 ailəsində ən qabaqcıl hərbi maşın olduğunu bəyan edib. Qeyd olunur ki, bu tank müasir döyüş şəraitində əməliyyatlara ən çox uyğunlaşdırılmış zirehli maşın sayılır. T-90M-in əsas xüsusiyyətlərindən biri real vaxt rejimində digər maşınlarla məlumat mübadiləsi aparmaq imkanıdır.

Qeyd edək ki, Ukrayna müharibəsində Rusiyanın ən çox itki verdiyi hərbi texnikalardan biri tanklardır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Tank  





Xəbər lenti