Rusiya ordusuna yeni müasir tanklar verildi
“Uralvaqonzavod"da T-90M "Prorıv" tanklarından ibarət xüsusi eşalonun Müdafiə Nazirliyinə təntənəli yola salınma mərasimi keçirilib. Tədbirdə din xadimləri də iştirak ediblər" , - məlumatda deyilir.
T-90M tankı Ural Nəqliyyat Mühəndisliyi Dizayn Bürosu tərəfindən hazırlanıb. İstehsalçı bunun T-90 ailəsində ən qabaqcıl hərbi maşın olduğunu bəyan edib. Qeyd olunur ki, bu tank müasir döyüş şəraitində əməliyyatlara ən çox uyğunlaşdırılmış zirehli maşın sayılır. T-90M-in əsas xüsusiyyətlərindən biri real vaxt rejimində digər maşınlarla məlumat mübadiləsi aparmaq imkanıdır.
Qeyd edək ki, Ukrayna müharibəsində Rusiyanın ən çox itki verdiyi hərbi texnikalardan biri tanklardır.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


