Polis deputat Anna Mkrtçyanı sürüyüb apardı - VİDEO

   Polis deputat Anna Mkrtçyanı sürüyüb apardı -    VİDEO
  17 May 2022    Oxunub:843
İrəvanda vəziyyət gərginləşib. AzVision.az xəbər verir ki, səhər saatlarından başlayan kütləvi etiraz aksiyaları zamanı polis müxalifətçilərə güc tətbiq edib.
Koçaryanın oğlu saxlanıldı - VİDEO
Yerli media paytaxtın mərkəzində vəziyyətin daha acınacaqlı olduğunu yazıb.

"Bir müddət əvvəl "qırmızı beretlilər"lə “Şərəfim var” fraksiyasından olan deputat Anna Mkrtçyan arasında gərginlik yaşanıb. Nəticədə polis xanım deputatı sürüyərək xidməti avtomobillərə doğur aparıb. Bundan sonra polislə etirazçılar arasında toqquşma yaranıb. Deputat polisin gəncləri həbs etməsinə mane olmağa çalışırmış. Amma onu bölməyə aparmayıblar. Sadəcə diqqət çəkən məqam toxunulmaz şəxs olan deputata qarşı da kobudluq göstərilməsi, polisin onu da sürüyərək həbs etməyə çalışmasıdır", - məqalədə yazılıb.

Qeyd edək ki, mayın 17-də səhər saatlarında İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb. Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarları küçələrə çıxaraq nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar.

Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Deputat  





Xəbər lenti