Səhiyyə naziri Türkiyəyə gedib

Səhiyyə naziri Türkiyəyə gedib
  17 May 2022    Oxunub:1048
Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə iki günlük işgüzar səfəri başlayıb.
Bu barədə AzVision.az - a Səhiyyə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucalan abidəsi önünə əklil qoyulub.

Azərbaycan nümayəndə heyəti həmçinin Türkiyənin banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət ediblər.

Səhiyyə naziri Teymur Musayevin qardaş ölkəyə səfəri çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş, “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında Əməkdaşlığa dair 2022-2023-cü illər üçün Yol Xəritəsi”nin imzalanması, Ankara və Hacettepe Universitetlərin rektorları ilə görüş, tibb ocaqlarının fəaliyyəti ilə tanışlıq və digər tədbirlər nəzərdə tutulur.





AzVision.az


Teqlər:





Xəbər lenti