İspaniya hərbi xərclərini iki dəfə artırmaq istəyir

İspaniya hərbi xərclərini iki dəfə artırmaq istəyir
  17 May 2022    Oxunub:704
İspaniya ən geci 2030-cu ilə qədər ÜDM-in 2%-nə çatmaq üçün müdafiə xərclərini iki dəfə artırmağı NATO qarşısında öhdəsinə götürəcək.
AzVision.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb. Krallığın baş naziri Pedro Sançes daha əvvəl ölkənin bu məqsədə çatacağına söz vermişdi, lakin bunun dəqiq nə vaxt baş verə biləcəyini açıqlamayıb. Nəşrin məlumatına görə, NATO-nun iyunda Madriddə keçirilməsi planlaşdırılan sammiti zamanı İspaniya hakimiyyəti bu barədə rəsmi açıqlama verəcək.

Hökumətin hesablamalarına görə, ÜDM-in dinamikasından asılı olaraq, daha tez - 2028 və ya 2029-cu ildə ola bilsə də, müəyyən edilmiş hədəfə 2030-cu ildən gec olmayaraq nail olunacaq. Ötən il İspaniyanın müdafiə xərcləri 12,2 milyard avro və ya ÜDM-in 1%-dən bir qədər çoxunu təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti