İtaliyada 30-dan çox mafiya üzvü tutuldu

İtaliyada 30-dan çox mafiya üzvü tutuldu
  17 May 2022    Oxunub:778
İtaliya hüquq-mühafizə orqanları mafiya ilə əlaqədə şübhəli bilinən 31 nəfəri saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Ansa agentliyi məlumat yayıb. Qeyd olunub ki, tutulan şəxslər həmçinin narkotik vasitələrin saxlanması və istehsalı, silah saxlama, hədə-qorxu ilə pul tələb etmə və digər cinayətlərdə ittiham olunurlar. Bildirlib ki, 29 nəfər təcridxanaya yerləşdirilib, iki nəfər isə ev dustaqlığına buraxılıb. Əməliyyat Siciliyada, Kalabriyada, eləcə də ölkənin şimalında həyata keçirilib.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti