"Aİ Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir" - Borrell

   "Aİ Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir" -    Borrell
  17 May 2022    Oxunub:1035
"Avropa İttifaqının müdafiə nazirləri Finlandiya və İsveçin NATO-ya daxil olmasını tam dəstəkləyəcəklər. Çünki bu, alyansı və Avropa birliyini gücləndirəcək".
Bunu Brüsseldə Aİ Şurasının müdafiə nazirləri səviyyəsində keçirilən iclasında Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell deyib.

O, həmçinin NATO-nun Türkiyənin bu dövlətləri qəbul etmək müqavimətini dəf edə biləcəyinə ümid etdiyini bildirib.

“Mən bilirəm ki, Türkiyə bir sıra etirazlar irəli sürüb və ümid edirəm ki, NATO Türkiyənin bu ölkələri qəbul etməsinə qarşı müqavimətini dəf edəcək. Aİ Şurası bu prosesə maksimum dəstəyi ifadə edəcək", - o vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti