İsrailli nazir: "Qarabağda əməkdaşlıq üçün yaxşı potensial var"

      İsrailli nazir:    "Qarabağda əməkdaşlıq üçün yaxşı potensial var"
  17 May 2022    Oxunub:1268
"Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var".
AzVision.az xəbər verir ki, bunu İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer mayın 17-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlət başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirib.

İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd edib.

AzVision.az



Teqlər: Taxıl  





Xəbər lenti