Buğdanın qiyməti rekord məbləğə çatdı

   Buğdanın qiyməti rekord məbləğə çatdı
  17 May 2022    Oxunub:1481
Ukrayna münaqişəsinin nəticələrindən biri də Avropanda qiymətlərin, xüsusilə də qida məhsullarının qiymətinin artmasıdır.
AzVision.az “France Press” (AFP) agentliyinə istinadən xəbər verir ki, buğdanın qiyməti Avropa bazarında mütləq rekord qıraraq bir ton üçün 438,25 avroya çatıb. Fransanın “Inter-Curtage” broker şirkətinin brokeri Damyen Verkambr qeyd edib ki, bu, “Euronext” birjasında mütləq rekorddur. Onun sözlərinə görə, əvvəlki rekord 2022-ci il martın 7-də buğda ticarətinin hər ton üçün 422,5 avro səviyyəsində olub.

Buğdanın qiymətinin artması qarğıdalının qiymətinin artması ilə də əlaqələndirilir. Bildirilib ki, buğdanın qiymətinin artması Ukrayna münaqişəsi və limanların bağlanmasının nəticəsidir. Kiyevin dünyanın 5-ci buğda ixracatçısı olduğu və planeti ixracatının 12 faizinin bu ölkənin payına düşdüyü göstərilir. Moskvanın buğda ixracı sahəsində lider olduğu qeyd edilir.

Bundan əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, Aİ Ukraynaya taxıl anbarlarını boşaltmağa və yeni məhsul üçün yer açmaq üçün onu Avropaya aparmağa kömək edəcək.

“Biz Ukraynaya taxıl və buğda istehsalına və ixracına kömək etməliyik. Ukraynanın anbarları indi doludur. Yeni məhsul üçün yer açmaq üçün onları boşaltmaq lazımdır. Biz bu taxılı çıxarmaq üçün çalışırıq”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Buğda  





Xəbər lenti