İsveçin XİN rəhbəri NATO-ya müraciəti imzaladı

   İsveçin XİN rəhbəri NATO-ya müraciəti imzaladı
  17 May 2022    Oxunub:1527
İsveçin xarici işlər naziri Ann Linde NATO-ya üz üzv olmaq üçün müraciəti imzalayıb. Bu barədə AzVision.az "SVT" kanalına istinadən xəbər verir. Onun sözlərinə görə, İsveçin NATO-ya müraciəti Finlandiyanın müraciəti ilə birlikdə təqdim olunacaq.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olması imkanını müsbət hesab etmədiyini deyib. Ərdoğan öz qərarını həm də onunla əsaslandırıb ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına bu ölkələrdəki terrorçuların ekstradisiyası ilə bağlı müraciətini təmin etməkdən imtina etdikdən sonra razılıq verməyəcək.

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Finlandiya və İsveçdə hərbi varlığının genişləndirilməsinə Moskvanın cavabı barədə xəbərdarlıq edib. O, Moskvanın sözügedən ölkələrdə NATO-nun hərbi infrastrukturunun genişləndirilməsinə cavab verəcəyini bildirib

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: NATO  





Xəbər lenti