Finlandiya NATO ilə bağlı Türkiyəni razı salmaq istəyir

 Finlandiya NATO ilə bağlı Türkiyəni razı salmaq istəyir
  17 May 2022    Oxunub:1129
“İsveç və Finlandiya Türkiyənin NATO üzvlüyünə qarşı çıxması ilə bağlı ortaq problemlə üzləşirlər. Ancaq bu vəziyyəti həll etmək olar”.
AzVision.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö bildirib. “Türkiyədən verilən bəyanatlar çox tez dəyişib və son günlər sərtləşib, lakin mən əminəm ki, biz konstruktiv danışıqlar yolu ilə vəziyyəti həll edəcəyik”, - o vurğulayıb.

Siyasətçi qonşu ölkələrin alyansa daxil olmasını tarixi hadisə adlandırıb: “İsveç və Finlandiya birlikdə tarixi addımlar atır. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü təhlükəsizliyi, məsuliyyətli, güclü və sabit Skandinaviya regionunu gücləndirəcək. Biz bu tarixi addımları amansız müharibəyə görə atırıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti