Azərbaycanda bu sahələrdə qadın işçilər azdır

   Azərbaycanda bu sahələrdə qadın işçilər azdır
  17 May 2022    Oxunub:1124
Azərbaycanda gender diskriminasiyasını qadağan edən qanunvericiliyə baxmayaraq, praktikada qadınların iqtisadi imkanlara bərabər çıxışının təmin edilməsi problem olaraq qalır. Tikinti (7%), nəqliyyat (16%), neft və qaz (13%) kimi sektorlarda qadın işçilər azlıq təşkil edir.
AzVision.az xəbər verir ki, bu barədə "Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış Avropa İttifaqı və Azərbaycanda Biznes Mühiti" hesabatında qeyd edilib. Bildirilib ki, qeyd edilən yerlərdə oxşar iş üçün əmək haqqı fərqi 25% qiymətləndirilir:

"Sorğunun nəticələri göstərir ki, Azərbaycandakı Avropa şirkətləri gender balanslı yanaşmaya riayət etməyə və orta hesabla yerli həmkarlarından daha çox qadın işçiləri işə götürməyi hədəfləyir. Sorğuda iştirak edən Aİ şirkətləri arasında qadınların ümumi payı təxminən 40 % təşkil edir. Şirkətlərin 20 %-dən çoxunda qadınlar yuxarı səviyyəli idarəetmədə təmsil olunur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti