Mask: "ABŞ iqtisadiyyatı tənəzzül içindədir"

      Mask:    "ABŞ iqtisadiyyatı tənəzzül içindədir"
  17 May 2022    Oxunub:922
ABŞ iqtisadiyyatı tənəzzüldədir və bundan bir ildən tez çıxmayacaq.
AzVision.az xəbər verir ki, bunu Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask deyib. "O zamanlar keçir, sonra yenidən sürətli artım dövrləri gəlir. Yəqin ki, bir müddət, bəlkə bir il və ya 12-18 ay asan olmayacaq.

İnflyasiyanın əsl səbəbi hökumətin saysız-hesabsız pul çap etməsidir. Həddindən artıq uzun iqtisadi artım kapitalın düzgün bölüşdürülməməsinə gətirib çıxarır və pul axmaqlara çaylar kimi axmağa başlayır", - milyarder bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti