“Azovstal”dakı 250-dən çox ukraynalı hərbçi təslim oldu

“Azovstal”dakı 250-dən çox ukraynalı hərbçi təslim oldu
  17 May 2022    Oxunub:819
Son sutka ərzində Mariupoldakı “Azovstal” zavodunda gizlənən 250-dən çox ukraynalı hərbçi silahlarını yerə qoyaraq təslim olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, ötən gün ərzində 265 şəxs silahı yerə qoyaraq təslim olub, o cümlədən 51 ağır yaralı. O qeyd edib ki, tibbi yardıma ehtiyacı olan hər kəs Novoazovsk xəstəxanasına göndərilib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Azovstal  





Xəbər lenti