Türkiyədə nə qədər azərbaycanlı mənzil alıb?

   Türkiyədə nə qədər azərbaycanlı    mənzil alıb?
  17 May 2022    Oxunub:1318
Bu ilin aprel ayında 156 azərbaycanlı Türkiyədə ev alıb. AzVision.az xəbər verir ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil sahibi olan əcnəbilərin sayına görə 9-cu yerdə qərarlaşıb. Türkiyə Statistika Qurumunun məlumatına görə, ümumilikdə bu ilin yanvar-aprel aylarında 453 azərbaycanlı Türkiyədən ev alıb.
Qurumun qeyd etdiyinə görə qonşu ölkədə mənzil alan həmvətənlərimizin sayı hər ötən ay artır. Ümumilikdə yanvar ayında 89, fevral ayında 93, mart ayında isə 115 azərbaycanlı Türkiyədə ev alıb. Ötən il isə 1517 azərbaycanlı Türkiyədə mənzil sahibi olub.

Bu iluin aprel ayında Türkiyədə ümumilikdə əcnəbilərə 6 min 447 mənzil satılıb. Xarici ölkə vətəndaşları ən çox İstanbul (2564), Antalya (1970) və Ankara (333) şəhərlərində ev alıblar. Ötən ay Türkiyədən ev alan əcnəbilər arasında Rusiya vətəndaşları (1152) üstünlük təşkil edib. Sonrakı yerlərdə İran (905), İran (714) vətəndaşları gəlir.

Aytən Zəhra
. AzVision.az


Teqlər:





Xəbər lenti