Çerniqova raket atılıb: 8 nəfər ölüb, 11 nəfər yaralanıb

      Çerniqova raket atılıb:    8 nəfər ölüb, 11 nəfər yaralanıb
  17 May 2022    Oxunub:1002
Rusiya Ukraynaya növbəti dəfə raket atıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilir ki, raket Çerniqov vilayətindəki Desna kəndinə düşüb. Nəticədə xeyli sayda insan həlak olub.

"Dövlət Fövqəladə Hallar Xidmətinin Çerniqov vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə raket atəşi nəticəsində 8 nəfər ölüb, 11 nəfər yaralanıb. Hadisə yerində təcili tibbi yardım və xilasedicilər işləyirlər", - məqalədə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Raket  





Xəbər lenti