"Rusiya Ermənistandakı etirazlara qarışmır" - XİN

   "Rusiya Ermənistandakı etirazlara qarışmır" -    XİN
  17 May 2022    Oxunub:1321
Ermənistandakı etirazlar bu ölkənin daxili işidir, Rusiya buna qarışmır.
AzVision.az bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

"Orada baş verən və Ermənistanın ali rəhbərliyinin gündəmə gətirdiyi hər şey ölkənin daxili işidir. Biz bunu bilirik və bu proseslərə qarışmırıq", - deyə nazir müavini jurnalistlərə açıqlama verib.

Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. Mayın 17-də səhər saatlarında İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb. Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarları küçələrə çıxaraq nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti