Polis aksiya keçirən erməni deputatı saxlayıb

   Polis aksiya keçirən erməni deputatı saxlayıb
  17 May 2022    Oxunub:976
İrəvanda keçirilən etiraz aksiyaları zamanı polis müxalifətçi deputat Tadevos Avetisyanı saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə müxalifətin “Hayastan” fraksiyasından olan deputat Qeqam Manukyan məlumat yayıb.
İrəvanda saxlanılanların sayı 414 -ə çatdı - YENİLƏNİB
- Polis xüsusi təyinatlıları deputat Tadevos Avetisyanı oğurlayıblar. Mən buna oğurlanmaq deyirəm. Çünki heç kimin deputatı saxlamağa ixtiyarı yoxdur. Onu heç bir izahat vermədən polis maşınına mindirib aparıblar, - Manukyan deyib.

Avetisyan da öz növbəsində sosial şəbəkədə polis maşınından foto yerləşdirib və yazıb ki, o, aksiya keçirərkən güc tətbiq edilərək polisə aparılıb.

Qeyd edək ki, mayın 17-də səhər saatlarında İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları keçirilib. Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarları küçələrə çıxaraq nəqliyyatın hərəkətini əngəlləməyə çalışıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Polis   Ermənistan   Deputat  





Xəbər lenti