Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapıldı

   Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapıldı
  17 May 2022    Oxunub:1120
Bakıda küçədən yeni doğulmuş oğlan uşağının meyiti tapılıb.
AzVision.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 52 ünvanının qarşısında baş verib.

Fərdi yaşayış evlərinin yerləşdiyi küçədə yol kənarında yeni doğulmuş oğlan uşağına məxsus olan və üzərində zorakılıq əlamətləri görünməyən meyit aşkar edilib. Bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

AzVision.az



Teqlər: Körpə  





Xəbər lenti