Borrel söz verdi: Müharibə başlasa Gürcüstan və Moldovaya kömək edəcəyik

  Borrel söz verdi:  Müharibə başlasa Gürcüstan və Moldovaya kömək edəcəyik
  17 May 2022    Oxunub:1305
Avropa İttifaqı Gürcüstan və Moldovaya, onların ərazisində silahlı münaqişə baş verəcəyi təqdirdə, Ukrayna ilə eyni dəstəyi verməyə hazırdır.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Biz Gürcüstana çağırışların öhdəsindən gəlmək üçün hər cür kömək edəcəyik. Biz bilirik ki, Gürcüstan və Moldova Rusiyanın təhlükəsini hiss edirlər və Ukrayna məsələsində etdiyimiz kimi, onları dəstəkləməyə hazır olacağıq. Xoşbəxtlikdən, Gürcüstan və Moldovada müharibə yoxdur”-deyə, o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:   Ukrayna  





Xəbər lenti