Yaralı ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək

   Yaralı ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək
  17 May 2022    Oxunub:1013
Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan çıxarılan ağır yaralı ukraynalı hərbçilər rusiyalı əsirlələ mübadilə ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Telegram” hesabında qeyd edib. Onun sözlərinə görə, ötən gün “Azovstal” zavodundan çıxarılan ağır yaralı olan 52 ukraynalı hərbçinin vəziyyəti stabilləşdikdən sonra rusiyalı əsirlərlə dəyişdiriləcək.

Qeyd edək ki, yaralı olan 52 ukraynalı hərbçi Novoazovsk xəstəxanasında müalicə alır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti