Rusiya-Ukrayna danışıqları dayandırılıb

  Rusiya-Ukrayna danışıqları dayandırılıb
  17 May 2022    Oxunub:858
“İstanbul müzakirəsindən sonra ciddi irəliləyiş olmadığı üçün Rusiya ilə danışıqlar dayandırılıb”. AzVision.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib. Onun sözlərinə görə, Rusiyanın mövqeyi dəyişməyib:
“Müharibə danışıqlar masası arxasında bitəcək. Mənə elə gəlir ki, bu prosesə Prezident Volodimir Zelenski moderatorluq edəcək”.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın danışıqlar prosesindən çıxdığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti