"TURKOVAC-ın klinik sınaqları geniş şəkildə istifadəyə töhfə verəcək" - Nazir

   "TURKOVAC-ın klinik sınaqları geniş şəkildə istifadəyə töhfə verəcək" -    Nazir
  17 May 2022    Oxunub:1021
TURKOVAC vaksininin 3-cü faza klinik sınaqlarının Azərbaycanda keçirilməsinə dair qarşılıqlı razılıq əldə olunub. İnanıram ki, klinik sınaqların müsbət nəticələri, effektiv olması vaksinin gələcəkdə geniş şəkildə istifadəsinə töhfə verəcək.
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Ankarada Türkiyəli həmkarı Fahrettin Koca ilə görüşündə deyib. O qeyd edib ki, Azərbaycan səhiyyə sisteminin rəqəmsallaşdırılması Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet tapşırıqlardan biridir:

"Türkiyəli həmkarlarımızla rəqəmsal səhiyyə sahəsində dəfələrlə müzakirələrimiz, görüşlərimiz olub və dəstəyinizi hiss edirik. Səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulması müasir Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir. Hazırda Azərbaycan Tibb Universiteti Türkiyənin 20-ə yaxın universiteti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr Türkiyənin təhsil müəssisələrində təcrübə keçir və tədris olunan onlayn dərslərdə iştirak edir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşü zamanı Şura çərçivəsində Səhiyyədə Koordinasiya Komitəsi tərkibində Tibb Elmi Qrupu yaradılıb".

Nazir qeyd edib ki, bu gün Səhiyyə Nazirlikləri arasında imzalanacaq 2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi bütünlükdə ölkələrimizin səhiyyə sektorunun inkişafı yolunda mühüm rol oynayacaq.



AzVision.az




Teqlər:





Xəbər lenti