İrəvandakı aksiyada gülməli anlar- VİDEO

   İrəvandakı aksiyada gülməli anlar-    VİDEO
  17 May 2022    Oxunub:1256
Bu gün Ermənistanda keçirilən etiraz aksiyaları zamanı xeyli sayda polis zorakılığı qeydə alınıb. İrəvanın müxtəlif yerlərində "Müqavimət" hərəkatının tərəfdarları küçələrə çıxaraq nəqliyyatın hərəkətini əngəlləməyə çalışıblar. AzVision.az xəbər verir ki, etirazçılarla polis arasında yaranmış gərginlik zamanı arzuolunmaz görüntülərlə yanaşı, gülməli hallar da baş verir.
İrəvanda saxlanılanların sayı 414 -ə çatdı - YENİLƏNİB
İnternetdə yayılan bir görüntüdə saxlanılan müxalifətçi polisin ayağını buraxmayıb. Nəticədə polis tək ayağı üstündə tullana-tullana getməli olub.

Bəzi müxalifətçilər bunun rəmzi məna daşıdığını söyləyiblər. Qeyd edilir ki, bu jest polislərin də əvvəl-axır müxlaifətçilərin aparıldığı yerə birgə gedəcəkləri anlamı daşıyır.



Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Polis  





Xəbər lenti