Çində mikroavtobus su anbarına düşüb: 10 nəfər ölüb

Çində mikroavtobus su anbarına düşüb:    10 nəfər ölüb
  17 May 2022    Oxunub:1420
Çinin cənubundakı Quandun əyalətinin Şaoquan şəhərində mikroavtobusun su anbarına düşməsi nəticəsində 10 nəfər ölüb.
AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, mayın 16-da yerli vaxtla saat 17.20-də (Bakı vaxtı ilə 13:20) mikroavtobus Cjenjtsyanq rayonundakı elektrik stansiyasının bəndindən su anbarına düşüb, elə həmin axşam nəqliyyat vasitəsi sudan çıxarılıb, avtobusda olan10 nəfərin hamısı ölüb.

İlkin araşdırma göstərib ki, mikroavtobus Şilitinq şəhərindən qayıdan zaman sürücü hələ naməlum səbəbdən idarəetməni itirib. Beton bloka çırpılan mikroavtobus su anbarına düşüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Çin  





Xəbər lenti