“Bu ildən keçmiş köçkünlərin qaytarılmasına başlanılacaq”

   “Bu ildən keçmiş köçkünlərin qaytarılmasına başlanılacaq”
  17 May 2022    Oxunub:1218
“Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. Yaşıl enerji zonası elan edilən Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin geri qaytarılmasına başlanılacaq”.
Bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının üçüncü iclasında çıxışı zamanı Milli Məclisin sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılan çoxsaylı minalardır:

“10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra çoxsaylı mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olub. Azərbaycan dünyada ən çox minanın basdırıldığı ölkələrdən olsa da, hələ ki, bu istiqamətdə ən az beynəlxalq maliyyə yardımı alan ölkələrdəndir”.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımaqla 5 maddədən ibarət prinsiplər təqdim edib: “Ermənistan tərəfi bu şərtləri qəbul etsə də, biz bu istiqamətdə hər hansı bir real addımlar görmürük. Azərbaycan sülh danışıqlarına başlamağa hazırdır. Ermənistan anlamalıdır ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.(Qafqazinfo)

AzVision.az





Teqlər: Köçkün   Qarabağ  





Xəbər lenti