"Ermənistan sülh müqaviləsinin imzalanması üçün real addımlar atmır" - Sahibə Qafarova

   "Ermənistan sülh müqaviləsinin imzalanması üçün real addımlar atmır" -     Sahibə Qafarova
  17 May 2022    Oxunub:940
Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifini qəbul edib. Ancaq bununla bağlı real addımlar atmır.
AzVision.az xəöbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Milli Məclisin (MM) sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

“Azərbaycan əraziləri ən çox minalanan ölkələrdən biridir. Ancaq bununla bağlı beynəlxalq təşkilatlardan ən az maliyyə yardımı alan ölkədir. Azad edilmiş ərazilərdə bərpa işlərinə ən əsas maneə mina problemidir”.

AzVision.az





Teqlər:





Xəbər lenti