Şentop: "Türkiyə Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək"

      Şentop:   "Türkiyə Azərbaycanı dəstəkləyir və dəstəkləyəcək"
  17 May 2022    Oxunub:668
"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini gördük. İşğala son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaratmışdılar. 30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Bu regionda yerləşməyən dövlətlərin burada iştirakı problemin həllindənsə, onun dərinləşməsinə səbəb olur".
AzVision.az -ın xəbərinə görə, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu işğala son qoydu. deyən, TBMM sədri bildirib ki, Türkiyə Azərbaycanı 44 günlük Vətən müharibəsi zamanında dəstəkləyib, indi də dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək.

"Türkiyə Azərbaycana hüquqi cəhətdən haqlı olduğuna görə dəstək verib. Ermənistanla Azərbaycan arasında olan münaqişə regional təhlükəsizlik üçün təhlükə yaratmışdı".

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti