“3+3” platformasının ikinci iclası keçiriləcək

   “3+3” platformasının ikinci iclası keçiriləcək
  17 May 2022    Oxunub:1020
2021-ci ilin dekabrında yaradılmış Cənubi Qafqaz üzrə “3+3” regional məsləhətçi platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin Rusiya, İran və Türkiyə) tələb olunan və perspektivli mexanizmdir. AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, “3+3” platformasının ikinci iclasına hazırlıq gedir və ikinci iclası ilin birinci yarısının sonuna qədər keçirilməsi nəzərdə tutulur.

"Bu cür əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən və qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur. Söhbət, ilk növbədə regional çağırışlara cavab tapmaqdan və yaranan problemlərin regionların özləri tərəfindən həllindən gedir".

O əlavə edib ki, Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, yeni çağırış və təhdidlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyətlə bağlıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Qafqaz  





Xəbər lenti