Rusiya NATO-nun güclənməsini cavabsız qoymayacaq

   Rusiya NATO-nun güclənməsini cavabsız qoymayacaq
  17 May 2022    Oxunub:884
“NATO-nun İsveç və Finlandiyanın alyansa daxil olmasından sonra hər hansı güclənməsini Rusiya cavabsız qoymayacaq”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

“Hərbi inkişaf baxımından Finlandiya və İsveçin NATO-ya daxil olması hadisəsində və sonra nə baş verəcəyini diqqətlə izləyəcəyik, və bu ölkələrin ərazisində NATO-nun mövcudluğunu gücləndirəcək heç bir addım reaksiyasız, Rusiya tərəfinin adekvat, simmetrik və ya asimmetrik cavabı olmadan qalmayacaq”.

Eyni zamanda Kosaçev İsveç və Finlandiyanın NATO-ya daxil olacağına şübhə etmədiyini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: NATO  





Xəbər lenti