Azərbaycanda ölüm səviyyəsi azalıb

 Azərbaycanda ölüm səviyyəsi azalıb
  17 May 2022    Oxunub:1468
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10 167 178 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə eyni olub.

Bu ilin birinci rübündə ölkədə 18 723 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.

AzVision.az



Teqlər:





Xəbər lenti