Çinin gəlirləri bu il azalıb

Çinin gəlirləri bu il azalıb
  17 May 2022    Oxunub:935
Çinin dövlət büdcəsinin gəlirləri yanvar-aprel aylarında illik müqayisədə 4,8% azalaraq 7,42 trilyon yuana (indiki məzənnə ilə təxminən 1,09 trilyon dollar) düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Çinin Maliyyə Nazirliyi məlumat yayıb. İqtisadi fəallığın stimullaşdırılması məqsədilə əhaliyə qaytarılan vergilər nəzərə alınmazsa, göstərilən rəqəm, əksinə, 5% artıb. Mərkəzi səviyyədə maliyyə gəlirləri 5,7% (vergi güzəştləri nəzərə alınmaqla 4,5% artım qeydə alınıb), regionlarda 3,9% azalıb (fiskal stimullaşdırma tədbirləri nəzərə alındıqda artım 5,4%).

Bütövlükdə vergi ayırmaları 7,6% azalıb (imtiyazlar nəzərə alınmaqla 3,7% artım), büdcənin digər gəlirləri 13,4% artıb. Dərc edilmiş statistik məlumatlara görə, nağd pul daxilolmalarında ən nəzərəçarpacaq azalma daxili əlavə dəyər vergisi (ƏDV, mənfi 28,9%), avtomobil alınması (-28,3%), habelə torpaq və daşınmaz əmlak (-27,4%).

Çinin büdcə xərcləri dörd ayda 5,9% artaraq 8,09 trilyon yuana (1,19 trilyon dollar) çatıb. Elm və texnologiyaya ayırmalarda artım 15,5%, təhsilə isə 4,1% təşkil edib. Səlahiyyətlilər həmçinin ətraf mühitin və səhiyyənin ehtiyacları üçün ayrılan vəsaiti müvafiq olaraq 2,4% və 7,5% artırıblar. Dövlət istiqrazları üzrə ödənişlər 0,1% azalıb.


AzVision.az



Teqlər: Çin  





Xəbər lenti