Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub
  17 May 2022    Oxunub:1032
Ermənistanda 2,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yeraltı təkanlar mayın 17-də saat 17:03-də Xaştərək kəndindən 3 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 3 bal olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti