G7 Ukraynaya 15 milyard avro ayırmağı planlaşdırır - Reuters

 G7 Ukraynaya 15 milyard avro ayırmağı planlaşdırır -    Reuters
  17 May 2022    Oxunub:1009
G7-nin maliyyə nazirləri bu həftə Bonnda keçiriləcək görüşdə Ukraynaya 15 milyard avroluq yardım paketi barədə razılığa gəlmək istəyirlər. Bu barədə yüksək rütbəli Almaniya məmuru Reuters agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, üç ayı əhatə edəcək paket qrantlar şəklində qısamüddətli maliyyələşməni əhatə edəcək. Kreditlərdən fərqli olaraq geri qaytarılması tələb olunmur. Rəsmi şəxs bildirib ki, Ukraynanın gəlirləri azaldığından köməyə ehtiyac var.

ABŞ artıq yardımın yarısını 7,5 milyard dollar qrant şəklində təqdim etməyi təklif edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti