Bakıda şagird bıçaqlandı

   Bakıda şagird    bıçaqlandı
  17 May 2022    Oxunub:1048
Bakı şəhərində şagird bıçaqlanıb.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu Əzim Əzimzadə küçəsində qeydə alınıb.

Belə ki, Nizami rayonu 214 nömrəli məktəbin XI sinif şagirdi dərsdən sonra şəxsi münasibətlər zəminində bıçaqlanıb.

Hadisə şahidləri tərəfindən təcili tibbi yardım avtomobili çağırılıb və zərərçəkən xəstəxanaya aparılıb.

Şagirdi bıçaqlayan şəxs saxlanılıb və araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti