Donetskə raket atılıb

   Donetskə raket atılıb
  17 May 2022    Oxunub:1497
Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinə raket zərbəsi endirilib. AzVision.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının sədri Pavel Kirilenko məlumat yayıb.
Qeyd edilir ki, raket hücumu nəticəsində 9 yaşlı uşaq ağır yaralanıb, azı bir nəfər ölüb.

- Ağır yaralanmış 9 yaşlı uşaq və bir cəsəd Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri tərəfindən beşmərtəbəli binanın dağıntıları altından çıxarılıb. Rusiyanın atdığı raket beş mərtəbəli binaya ciddi ziyan vurub"., - məlumatda deyilir.

Onun sözlərinə görə, xilasedicilər dağıntıların altında axtarışları davam etdirirlər. Dağıntılar altında insanların ola biləcəyi istisna edilmir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti