"ABŞ Ukraynaya İŞİD terrorçularını göndərir" - Rusiya kəşfiyyatı

   "ABŞ Ukraynaya İŞİD terrorçularını göndərir" -    Rusiya kəşfiyyatı
  17 May 2022    Oxunub:1087
ABŞ kəşfiyyat orqanlarının iştirakı ilə İŞİD terror qruplaşmasının 60-a yaxın silahlısı həbsxanalardan Ukraynaya göndərilmək üçün azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Kəşfiyyat Xidməti məlumat yayıb.

“Aprel ayında Amerika kəşfiyyat xidmətlərinin iştirakı ilə 20-25 yaş arası 60-a yaxın İŞİD yaraqlısı suriyalı kürdlərin nəzarətində olan həbsxanalardan azad edilib. Daha sonra onlar Amerikanın "Et-Tanf hərbi bazasının ərazisinə göndəriliblər. Baza Suriyanın İordaniya və İraqla sərhəddinə yerləşir və onlar sonradan Ukrayna ərazisinə göndərilmək üçün döyüş təlimi keçiblər”, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   ABŞ   İŞİD  





Xəbər lenti