Səfir Zaxarovanın paylaşımına görə Estoniya XİN-ə çağırıldı

   Səfir Zaxarovanın paylaşımına görə    Estoniya XİN-ə çağırıldı
  17 May 2022    Oxunub:1359
Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipaev Mariya Zaxarovanın arzuolunmaz bəyanatlarına görə Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. AzVision.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Estoniya XİN Rusiya XİN rəsmisinin sosial şəbəkədəki paylaşımında ölkənin baş nazirinə qarşı kobud hücum elementləri görüb.

Qeyd edək ki, Zaxarova "Telegram" kanalında Estoniyanın hazırkı baş naziri Eduard Alverin ulu babası hərbiləşdirilmiş millətçi təşkilatı olan "Kaytsellit"in rəhbəri olub. Bu birləşmənin bir çox üzvü Almaniyanın Estoniya işğalı zamanı nasist ordusuna xidmət göstəriblər. Onlar Estoniyada yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsində iştirak ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Estoniya   Səfir  





Xəbər lenti